Türkiyənin məşhur şoumeni Məhmət Əli Ərbil ötən gün səhər çağı təcili yardımla xəstəxanaya aparılıb.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, şoumenin halı qəfildən pisləşib.
Müalicəsi gecəyədək davam edən şoumen daha sonra evə buraxılıb. Ərbilin ətdən zəhərləndiyi bildirilir.
Məhmət Əli Ərbil bu yaxınlarda gənc sevgilisi ilə gündəmə gəlmişdi. Otel girişində görüntülənən şoumenin qızı yaşında xanımla sevgili olduğu bildirilirdi.