18 Avqust 2017 15:09
1 584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Övladımı qəbul edən biri qarşıma çıxarsa, evlənəcəyimi düşünərəm.

Teleqraf.com-un məlumatına görə, bu sözləri mediaya açıqlamasında xərçəng xəstəliyindən dünyasını dəyişmiş rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə söyləyib.
O bu haqda mərhum həyat yoldaşı ilə də söhbət etdiyini bildirib:

"Şahindən sonra ailə həyatı qurmağı fikirləşmirdim. Ancaq qismətdir, nə vaxtsa övladımı qəbul edən biri qarşıma çıxsa, evlənməyi düşünərəm. Şahin həmişə məndən soruşardı ki, nə zamansa ölsəm, yenidən ərə gedərsənmi? Çox qısqanc idi, zarafatla ona: "Rahat öl, səndən sonra həyatımda heç kim olmayacaq" deyərdim, o isə susardı".
Səbinə Zəkizadə bunu maddi gəlirinin zəif olması ilə əlaqələndirib:

"Şahindən sonra ailəmi özüm saxlayıram. Nə dost, nə də tanışdan köməklik görmüşəm".

Qeyd edək ki, rejissor Şahin Zəkizadə bu ilin fevral ayında qan xərçəngindən dünyasını dəyişib.

Səbinə Zəkizadə gözəllik salonunda işləyir.


Müəllif: Kəmalə

Oxşar xəbərlər