Faytonçu Nazim mediaya məlumat verərkən, xərçəng xəstəliyindən əziyyət çəkməsi ilə bağlı gəzən xəbərləri təkzib edib.
Teleqraf.com xəbər verir ki, Faytonçu ləqəbli ifaçı həddən artıq çəki itirməsinə görə, azərbaycanlı həkimləri günahkar bilib:
"Həkimlərin səhv əməliyyatlarına görə bu qədər çəki itirdim. Azərbaycanda məni bu hala saldıqdan sonra İsrailə üz tutdum. Lakin orada da dərdimə bir çarə tapılmadı. Son olaraq Türkiyəyə yollandım. 3 ay ərzində bir neçə əməliyyat keçirdim. Ən ağırı isə öd kisəsindən keçirtdiyim əməliyyat oldu. İndi vəziyyətim normaldır. İtirdiyim çəkini yavaş-yavaş qaytarıram".