Türkiyəli müğənni Handə Yenər Azərbaycanda konsert verəcək.
Teleqraf.com-un məlumatına görə, ifaçı bu haqda özü sosial şəbəkədə xəbər yayıb.
Konsert verəcəyi şəhərlərin siyahısını paylaşan Handənin Naxçıvanda çıxış edəcəyi bəlli olub.
İfaçı sentyabrın 7-də Naxçıvanda yerləşən otellərdən birində səhnəyə çıxacaq.