211 min izləyicisi olan 20 yaşlı azərbaycanlı model İnstaqramda yeni fotolarını paylaşıb.
Teleqraf.com xəbər verir ki, Türkiyənin ən məşhur yarışmalarından biri olan "İştə mənim stilim"də iştirak etmiş azərbaycanlı model Sima Şərafətdinovanın fotoları İnstaqramda 10 minlərlə insan tərəfindən bəyənilib.
Bu fotolardan onun burnunu yenidən əməliyyat etdirdiyi görünür.
Qeyd edək ki, sözügedən yarışmada qalmaqallı hadisələrlə yadda qalan və sonda şoudan uzaqlaşdırılan Sima həmin proqramda 174 sm boyu olduğunu desə də, münsiflərin onu ölçməsindən sonra boyunun 154 sm olduğu ortaya çıxmışdı.
O, atasının böyük bir holdinq rəhbəri olduğunu deyən və 15 yaşından etibarən model kimi fəaliyyətə başlayan Sima "Azərbaycan gözəli" seçilib. Hazırda Türkiyədə təhsil alır. İddiasına görə, 6 dil bilir.