26 Avqust 2017 08:35
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Çingiz Əhmədov uzun fasilədən sonra yenidən aparıcı kimi tamaşaçıların qarşısına çıxacaq.

Teleqraf.com xəbər verir ki, aktyorun verilişi “Space” telekanalında yayımlanacaq. Həftə içi 5 gün efirə gedəcək proqram “Yerimdəyəm” adlanır.

Əyləncə xarakterli verilişin ilk çəkilişi artıq baş tutub. Onun qonaqları əməkdar artist Nahidə Orucova və müğənni Rüfət Axundov olub.

Qeyd edək ki, Ç.Əhmədov bundan əvvəl hazırda fəaliyyəti dayandırılan ANS kanalında “Xalqın artisti” adlı proqrama aparıcılıq edirdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər