Hər kəs “Beşiktaş” futbol klubunun prezidenti Fikrət Ormandan transfer xəbərləri gözləyərkən, onun azərbaycanlı sevgilisi ilə yeni eşq macərası yaşadığı gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, 2012-ci ildə həyat yoldaşı Sədəf Ormandan boşanan Fikrət Ormanın sevgilisinin əslən Bakıdan olan Ülviyyə Aleks olduğu ortaya çıxıb.
Ukraynada model olaraq tanınan Ülviyyə Aleksin əsl adı Ülviyyə Əhməddir.
30 yaşlı gənc qadın İstanbula yaxın dostu Rüfət İsmayılın sayəsində gəlib. İstanbulda qaldığı evin kirayəhaqqını belə güclə ödədiyi deyilən modelin Fikrət Ormanla tanışlıqdan sonra həyatı dəyişib.
Ülviyyənin “Beşiktaş” azarkeşi olduğu üzə çıxıb. Bu səbəbdən Orman onu Bodrumdakı otelində qonaq edərək üzərində adı yazılan formanı ona bağışlayıb.
Qeyd edək ki, Ülviyyənin 6 yaşlı Selin adlı bir qızı var. Selinin valideynlik hüququ atasında olduğu üçün o, anası ilə yalnız tətildən-tətilə görüşür.
Fikrət Orman qapısına güllər düzərək sevgilsini “Beşiktaş”ın oyunlarını izləməyə aparıb. Onlar birlikdə Amsterdam, Milan, Dubay və başqa yerlərdə istirahət ediblər.