26 Avqust 2017 13:24
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”-“Kopenhagen”qarşıdurması zamanı “Qarabağ udsa…” şərti ilə vəd verənlərdən biri də əməkdar artist Bəhram Bağırzadə idi.

Teleqraf.com xəbər verir ki, Bəhram Bağırzadə vədinə əməl edib. O, 100 nəfərə öz imzası ilə xüsusi kitab hədiyyə verib.

Xatırladaq ki, Bəhram bəy oyun başlamadan öncə sosial şəbəkədə bu sözləri yazmışdı:

“Əgər bu gün ”Qarabağ” “Kopenhagen”i udsa, mənim şəxsi məktub qutuma “Qarabağ, irəli!” yazan ilk 100 şəxs mənim imzamla kitab hədiyyə qazanacaq. Həmin 100 nəfərə söz verirəm ki, kitabı şəxsən sizin üçün uyğun yerə gətirəcəyəm!”


Müəllif: Könül

Oxşar xəbərlər