23 İyul 2014 15:33
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Repçi Keni Vest həyat yoldaşı erməni əsilli tanınmış porno-ulduz Kim Kardaşyan haqqında maraqlı açıqlamalar verib.

“GQ” jurnalına müsahibə verən Vest “Kimlə evliliyimizdə heç bir problem yoxdur. Hər şey əladır. Biz bir yerdə daha güclüyük. Mən bir balığam, o isə mənim dinozavrımdır”, - deyərək hamını təəccübləndirib.

Keni Vest həyat yoldaşının geyimi ilə bağlı edilən tənqidlərə əhəmiyyət vermədiyini bildirib.

“O stil ikonasıdır. Özünü necə yaxşı hiss edirsə, elə geyinə bilər. İkimiz də bir-birimizin şəxsi məsələlərinə qarışmırıq”.

Qeyd edək ki, Kim Kardaşyanın xüsusilə, sinə dekolteli geyimləri müzakirələrə səbəb olur. Açıq-saçıq geyinməkdən çəkinməyən Kim seksuallığı ilə diqqət mərkəzində olmağı sevir.

/tabloid.az/


Müəllif: