26 Avqust 2017 21:00
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çatalcada Ergüvan Festivalında çıxış edən müğənni Sərtap Ərənər tədbir təşkilatçılarına əsəbləşərək səhnəni tərk edib.

Teleqraf.com-un türk mediasına istinadən verdiyi xəbərə görə, müğənninin hiddətlənməsinə dinləyicilərlə səhnə arasındakı məsafənin uzaq olması səbəb olub.

Pərəstişkarlarının alqışları ilə səhnəyə çıxan müğənni onların səhnədən çox uzaqda qalmasını görüb və hər kəsi yaxına səsləyib. Bir mahnısını onlarla birgə oxuyan müğənninin bu çağırışı ilə səhnəyə yaxınlaşmaq istəyən tamaşaçılara bələdiyyə yetkililəri əngəl olub.

Ərənər də bundan qəzəblənərək səhnəni tərk edib. Seyrçilər bələdiyyə işçilərinin bu addımına etiraz ediblər.

Ərənər bi qədər sonra yenidən səhnəyə çıxaraq pərəstişkarlarını yanına çağırıb və sevilən mahnılarını onlarla birgə oxuyub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər