28 Avqust 2017 13:52
2 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Sevda Sanəliyevanın qızı Leylanın 1 yaşı tamam olub.

Teleqraf.com-un məlumatına görə, sənətçi övladının özəl gününü ailəsi və yaxınları ilə qeyd edib.

Sosial şəbəkədə təəssüratlarını bölüşən Sevda bunları yazıb:

“Ana olmaq asan deyil, ən əsası da Leylamda... Böyrəklərim ikisi də fəaliyyətini dayandırdı, çox pis aylar keçirdim. Bir sözlə, səni qazanmaq mənim üçün çox çətin oldu, qızım.

Amma Allahın izni və atanın hər zaman əlimdən tutması ilə dözə bildim, sən həyatımıza gəldin. İlk yaşın mübarək, qızım. Allah sənin sağlam böyüməyini, xoşbəxtliyini görməyi mənə nəsib etsin. Yaşamaq həvəsim, ad günün mübarək”.
Qeyd edək ki, Sevda Sanəliyevanın bir oğul övladı da var.


Müəllif: Könül

Oxşar xəbərlər