"Səs Azərbaycan" musiqi yarışmasının finalçısı Aila yeni mahnı və fotosessiyasını təqdim edib.
Teleqraf.com xəbər verir ki, gənc ifaçı fotolar üçün Ruslan Nəbiyevin kamerası qarşısına keçib. Aila eyni zamanda Fərid Ağaya məxsus "Bumeranq" adlı mahnısını da ilk dəfə yayımlayıb.
Qeyd edək ki, layihənin icraçı prodüseri müğənni Nura Suridir.
Aila 2013-cü ildə ATV-də yayımlanan "Şərq ulduzu" yarışmasının qalibi, 2014-cü ildə "Azərbaycanın səsi" yarışmasının 2-cisi olub. 2015-ci ildə "Türkvizyon" mahnı yarışmasında Gürcüstanı təmsil edən Aila 2016-cı ildə AzTV-də efirə gedən "Səs Azərbaycan"nın finalına yüksəlib.