23 İyul 2014 16:59
2 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Miladdan öncəki trend

Antik qadınlar atletik hərəkətləri daha rahat yerinə yetirə bilmək üçün iki hissəli alt paltarına bənzər bir “qiyafə” ortaya çıxardılar. İtaliyada ağırlıqqaldırma, diskatma, qaçış və müxtəlif idman növləri üçün rahat geyimlər – bikinilər istehsal etməyə başladılar. Rumıniyalı qadınları daha erkən və kütləvi şəkildə bikinidən istifadə edən ilk qadınlar olaraq tarixə düşdü.

1800-cü illər...

IV əsr xanımlarının stilindən fərqli olaraq XIX əsrin xanımlarının çimərlik geyimi daha açıq-saçıq idi. Onlar bədənlərinin günəş vannası qəbul etməsi üçün öz bikinilərinin ətəklərini qısaltdılar.

Skandal, 1907

Müasir bikiniyə daha yaxın olan çimərlik geyimi məhz bu dövrdə formalaşmağa başladı və bu ictimaiyyət arasında böyük skandala səbəb oldu. Avstraliya üzgüçüsü və səssiz film ulduzu kimi tanınan xanım Anette Kellerman bu bikinini Bosdon çimərliyində geyindiyinə görə həbs edilmişdi. Bundan sonra bir müddət bikini ilə çimərliyə gəlməyə məhdudiyyətlər qoyuldu.

1930-ların təvazökarlığı

Anidən iki parçadan ibarət bu geyim tərzi ekranlarda görünməyə başladı. Televiziyada nümayiş olunan bütün filmlər sanki bikininin reklamı ilə məşğul idi. Bütün ehtiraslı səhnələrdə xanımlar bir nəfər kimi bikinidə görünürdü.

Yenilik, 1946

Fransız mühəndis Luiz Reard müasir günümüzdə bizə məlum olan bikini formasını yaratdı və ona Bikini Atoll adını verdi. Fransız qadınları ən qabaqcıl və müasir xanımlar kimi bikininin yayılmasında müstəsna rola malik oldu. İctimai qınaq, katolik kilsəsinin bəyanatları onlara mane ola bilmədi.

Qadağa

Londonda baş tutan Dünya Gözəllik Yarışmasında xanımlar bikinidən istifadə etsə də, bu, birmənalı qarşılanmadı. Bir çox ölkələrdə bikiniyə qadağa qoyuldu. Bu ölkələr arasında Belçika, İtaliya, İspaniya və Avstraliya da var idi.

Şöhrət, 1953

Aktrisalar bikininin cəmiyyət tərəfindən normal qarşılanmasında, onun gündəmə gəlməsində yaxından iştirak etdilər. “Kann” festivalı ərəfəsində Bridcit Bardo nümayişə bikini ilə gəlib insanları təəccübləndirdi. Digər Hollivud ulduzları isə onu dəstəklədi.

Mədəniyyət, 1962

Ceymz Bond filmində Ursula Andressin dənizdən çıxarkən əynindəki bikini çoxlarını mat qoydu. Artıq bununla mübarizə mənasız görünürdü. Xanımlar bu geyim növünü sevirdilər. “Pleyboy” jurnalının üz qabığında yer alan qadınlar, idman jurnallarına çəkilən xanımlar, aktrisalar sonunda breynstorm yaratmağa müvəffəq oldu.

Çempionlar, 1997

Voleybol üzrə çempion Qabriel Riz öz komandasının xanımları arasında keçirdiyi yarışmanı dəniz kənarında etdi. Təbii ki, xanımlar rahat geyinməyə məcbur idilər. Və onlar oyuna bikini ilə çıxdılar.

Hökmranlıq, 2014

Hesablamalara görə, qlobal çimərlik geyimi marketinin illik gəliri 2015-ci ildə 17.6 milyarda çatacağı gözlənilir. Müasir günümüzdə xanımları bikinisiz təsəvvür etmək mümkün deyil. Çimərlik geyiminin bu növü hər birimizin həyatında əvəzedilməz rola malikdir. Məşhur fransız dəb mütəxəssisi olan Oliver Sailardın dediyi kimi : “Bikini dəbin gücü deyil, bikini qadının gücüdür”.

/1937.az/


Müəllif: