Aktrisa-teleaparıcı Zümrüd Qasımova üzünə gülüb, arxasınca danışanlara sosial media vasitəsi ilə ismarıc yollayıb.
Teleqraf.com xəbər verir ki, aparıcı sosial şəbəkədə bu sözləri yazıb: “Ay bədbəxtlər, heç olmasa üzümə gülməyin. Kim olduğunuzu bilirəm. Quyunu bir az dərin qazın, bir-bir ora düşəndə öz zibilinizdə batmayasınız. Necə iyrəncsiniz”.
Sonra isə o, əlavə edib: “Allah yanında olanda insanlara ehtiyac olmur!”
Aktrisanın bu sözləri həmkarlarına aid etdiyi deyilir.