31 Avqust 2017 15:34
1 280
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Mətanət İsgəndərli qızının toy dəvətnamələrini paylamağa başlayıb.

Teleqraf.com xəbər verir ki, toy sentyabrın 20-də “Neolit” şadlıq evində baş tutacaq. Qızı Ülkər Əngin adlı Türkiyə vətəndaşı ilə ailə qurmağa hazırlaşır. M.İsgəndərli qızının xeyir işinə 600-ə qədər qonaq çağırıb.

Müğənninin nəvəsi Tuncay da bibisinin özəl günündə onun üçün sürpriz hazırlayır. Tuncay nənəsi ilə birlikdə studiyada Ülkər üçün mahnı oxuyub. İfa toy günü şadlıq evində təqdim olunacaq.

Ülkərin xına mərasimi sentyabrın 18-də olacaq. Oktyabrda isə Antalyada oğlan toyu keçiriləcək.

Qeyd edək ki, Ülkər bundan əvvəl iki dəfə nişanlı olub.


Müəllif: Könül

Oxşar xəbərlər