Ötən gün ARB TV-nin əməkdaşı, teleaparıcı Şaiq Ağayevin toy mərasimi baş tutub.
Teleqraf.com xəbər verir ki, tanınmış aparıcı özünə qədim adət-ənənə ilə mağar toyu qurub. Mərasim aparıcının doğulub-böyüdüyü Xaçmaz rayonunun Mürşüdoba kəndində keçirilib. Toyda “bəy tərifi”, “bəyin oğurlanması” kimi unudulmaqda olan milli toy adətləri yada salınıb.
Şaiq Ağayevin toyunda İslam Mehrəliyev, Qorxmaz Əlili, Səyyad Əlizadə kimi tanınmışlar da iştirak ediblər.
Şaiq Ağayev ARB Günəş Televiziyasının aparıcısı Nuranə Nurəhmədova ilə ailə həyatı qurub.
Qeyd edək ki, tamaşaçılar bu cütlüyü ARB-nin efirində yayımlanan məşhur “Buralar” verilişindən tanıyır.