3 Sentyabr 2017 16:13
1 186
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə və aktrisa Oksana Rəsulova “Mələyin öpüşü” adlı filmindən yeni görüntüləri paylaşıb.

Teleqraf.com xəbər verir ki, Oksananın keçmiş həyat yoldaşı? repçi Elşad Xosenin əlil obrazını canlandırdığı filmdən olan foto sosial şəbəkədə maraqla qarşılanıb. Oksana bu sözləri yazıb: “Əsl əlilllik insanın bədənində deyil, düşüncəsindədir. Cəmi 11 gün qaldı…”

Xatırladaq ki, sentyabrın 14-də filmin Qala gecəsi keçiriləcək. Baş rollarda Fuad Poladov, Münəvvər Əliyeva, Oksana Rəsulova özü və onun keçmiş həyat yoldaşı reper Elşad Xose çəkilib. Elşadla Oksana filmdə sevgili obrazında oynayacaqlar.

Filmin ideya müəllifi Nərgiz Qasımova, ssenari müəllifləri Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanoğlu, quruluşçu rejissor Əskər Əli Hacızadə, operator Elman Əliyev, quruluşçu rəssam Xatirə Hüseynəliyeva, icraçı prodüser İsmayıl Bağırovdır.


Müəllif: Könül

Oxşar xəbərlər