4 Sentyabr 2017 15:08
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünya şöhrətli pop-ulduz Beyons 36 yaşını qeyd edir.

Teleqraf.com xəbər verir ki, durmadan təbrik alan ifaçının əsl adı Beyons Jizel Noluz-Karterdir. O, 1981-ci ildə Hyustonda dünyaya gəlib.

Amerikalı müğənni həm də aktrisa, rəqqasə və musiqi prodüseri kimi fəaliyyət göstərir. O, ilk dəfə 1990-cı illərdə məşhurlaşan “Destiny`s Child” qrupunun solisti kimi tanınıb.

2001-ci ildə kinoda debüt edən aktrisanın ilk filmi “Hip-hopçu Karmen” adlanır. Onun adı dünyanın 100 ən cazibədar qadını siyahısına salınıb.

Məşhur repçi Cey-Z ilə evli olan Beyonsun 1 qızı və 2 əkiz övladı (1 qız, 1 oğlan) var.

Beyonsun dietik yeməklər istehsal edən xüsusi şirkəti var.


Müəllif: Könül