Əməkdar artist Lalə Məmmədova “Bura yurdun cənubudur” adlı yeni mahnısına çəkdirdiyi klipini təqdim edib.
Teleqraf.com xəbər verir ki, bəstənin musiqisi Novruz Aslanın, sözləri Vahid Əzizindir. Mahnının aranjımanını Givi Usenaşvili edib.
Mahnının ekran həlli rejissor Nail Naiboğluna həvalə edilib.
Klipin çəkilişləri Astarada aparılıb. Azərbaycanın cənub bölgəsinin füsunkar təbiəti klipdə xüsusi yer alıb.