Türkiyənin tanınmış şoumeni Acun İlıcalı ilə Şeyma Subaşının nikah tarixi məlum olub.
Teleqraf.com xəbər verir ki, prodüser-aparıcı Acun İlıcalı ilə Şeyma Subaşı cütlüyü sentyabrın 19-da nikah masasına oturacaq.
Onlar toy üçün Fransanın Saint Tropez sahil qəsəbəsini seçiblər. Məlumata görə, toya 250 nəfər dəvət olunacaq.
Sentyabrın18-də Saint Tropezə yaxın olan Marsilya kəndindəki Türkiye konsulluğunda isə səssiz-sədasız, yalnız şahidlərin iştirakı ilə nikah üçün imzalar atılacaq.