16 Sentyabr 2017 23:40
1 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Dəniz Səki və nişanlısı Faruk Salman evlilik hazırlıqlarını sürətləndiriblər.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, keçən ay yaşadıqları ayrılığın ardından “Dərəni keçdik, okeanda boğulmarıq” deyərək barışan cütlük nikah yeri üçün yer axtarır.

Dəniz Səki və Salman cütlüyü toylarında yaxınları, sənət dostları ilə kişik bir nikah planlayırlar.

Müğənninin bir müddət əvvəl beyin əməliyyatı keçirən anası isə yenidən xəstəxanaya yerləşdirilib. O, xəstəxanada anasının yanında qalır.

Qeyd edək ki, Dəniz Səki narkotik ticarəti ilə məşğul olma ittihamı ilə 3 ildən artıq həbsxanada olub. O, bu il iyunun 5-də həbsdən çıxıb.


Müəllif: Cəmilə

Oxşar xəbərlər