Türkiyənin məşhur müğənnisi Yıldız Tilbə intihar etməsi ilə bağlı xəbərləri təkzib edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, şəxsi Tvitter hesabında intihar xəbəri haqqında bunları yazıb:.
"Haqqımda yalan məlumat yayan jurnalistləri qınayır və onlara peşələrini şərəflə yerinə yetirməyi təklif edirəm".
Qeyd edək ki, Yıldız Tilbənin dünən axşam evdə həb içərək intihar etmək istədiyi xəbəri yayılmışdı.