Bakının Nəsimi rayonunda quldurluq baş verib.
Teleqraf.com xəbər verir ki, Ş.Əzizbəyov küçəsində naməlum şəxs Bakı şəhər sakini Vüsalə İbrahimovanın qabağını kəsib.
O, qadına zorakılıq edib, içərisində 254 manat pul və metro kartı olan pulqabısını alıb.
Zərərçəkmiş baş verən hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinə müraciət edib.
Əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Nəriman Quliyev tutulub.