Ötən həftə Acun Ilıcalı ilə Şeyma Subaşının Sen Tropedə baş tutan toyunda iştirak edən türkiyəli aktrisa Tuba Büyüküstün özündən 9 yaş kiçik sevgilisi Ümut Evirgənlə istirahətə yollanıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Parisdə gəzən cütlüyün görüntüləri fanatları tərəfindən lentə alınıb.
Fanatları şəkilləri sosial mediada paylaşıblar.
Qeyd edək ki, 35 yaşlı Tuba Büyüküstün 6 il evli olduğu həyat yoldaşı, qızlarının atası və məşhur aktyor Onur Saylakla iyunun 5-də rəsmi qaydada boşanıb.