2 Oktyabr 2017 14:38
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 12 ildir ki, yayımlanan “Maşın” realiti şounun tarixindən və onun hazırlanıb efirə çıxana qədər keçdiyi mərhələlərdən bəhs edən yeni film hazırlanıb.

Teleqraf.com xəbər verir ki, “Film haqqında film” adlı 1 saatlıq ekran işində “Maşın” şounun aparıcısı Murad Dadaşov, layihə rəhbəri Toğrul Məmmədov, baş redaktor Tural Sevdimalı və bütün qalan yaradıcı heyətin şou haqqında fikirləri, çəkiliş prosesində başlarına gələn hadisələr və gərgin iş rejimindən bəhs edilir. Filmdə həmçinin layihənin ssenari müəlliflərindən tutmuş koordinatora qədər hamının gördüyü iş barədə məlumat verilir.

M Qrup Prodakşnın sabah keçirəcəyi mətbuat konfransında həmin filmin yayımlanacağı gözlənilir. Filmin anonsu artıq ATV telekanalına təqdim olunub.

Xatırladaq ki, “Maşın” şounun “Xanımlar və cənablar” adlı 15-ci buraxılışı oktyabrın 8-də saat 22:00-da ATV-də canlı yayıma başlayacaq.


Müəllif: Şəfiqə