3 Oktyabr 2017 15:03
2 985
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Maşın şou” ilə bağlı keçirilən mətbuat konfransında Murad Dadaşov “Maşın” - "Xanımlar və Cənablar" layihəsinin video-anonsunu təqdim edib.

Teleqraf.com xəbər verir ki, Murad Dadaşov jurnalistlərə bildirib ki, şounun hər axşam çəkiləcəyi pavilyon kinostudiyanın ərazisində yerləşir: “Hər gün saat 22-dən 24-ə qədər kinostudiyanın qapıları jurnalistlərin üzünə açıqdır. Gəlib canlı efirdə iştirak edə, şouda baş verənləri yaxından izləyə bilərlər”.

Konfransda "Maşın" şou ilə bağlı arxivə məxsus foto və videolar da nümayiş olunub. İndiyə qədər yayımlanmış 14 “Maşın şou”ya aid ən maraqlı kadrlar jurnalistlərin diqqətinə çatdırılıb.

Şounun aparıcısı Murad Dadaşov media işçilərinin suallarına cavabda bildirib ki, bu dəfə şouya baxan tamaşaçılar ağılagəlməz simalarla qarşılaşacaqlar.

Layihə rəhbəri Toğrul Məmmədov yeni mashinshow.com saytını da təqdim edib.

Murad Dadaşov şounun qalibinə təqdim ediləcək avtomobil haqqında məlumat verib.


Müəllif: Şəfiqə