27 İyul 2014 19:45
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk serialı "Möhtəşəm yüzyıl"ın Mahidevran Sultanı, aktrisa Nur Fəttahoğlu paparazzilərin hədəfinə tuş gəlib.

Aktrisa yay istirahətindən söz açaraq lazımı qədər dincəlmədiyini deyib: “Tətilə getsəm də, günəş vannası az qəbul etdiyim üçün qarala bilmədim. Bu səbəbdən bir daha istirahətə üz tutacağam. Hələ ki, seçimimin hara olacağını müəyyənləşdirməmişəm”.

Haqqında hamiləlik dedi-qodularının yayıldığı bir vaxtda Fəttahoğlu bu xəbərlərə çox qəzəbləndiyini vurğulayıb: “Xahiş edirəm bu haqda yalnış məlumatlar yazmayasınız. Belə bir şey yoxdur”./anspress/


Müəllif: