30 İyul 2014 11:54
1 390

Tanımış rejissor müğənnini döydüyü üçün həbs olundu

Teleqraf.com tabloid.az saytına istinadən bildirir ki, rejissor dünən Binəqədi Rayon Polis İdarəsində saxlanılıb. Kənan M.M-ə xuliqanlıq maddəsi ilə cinayət işi də açılıb.

Məlumata əsasən, rejissor bir neçə nəfərlə birləşərək Binəqədidə “razborka”ya gedib. Kənan M.M-in dəstəsində 4-5 nəfərin olduğu bildirilir.

O, müğənni Vüqar Muradovu döyüb. Adamların yanında onun başına yumruq zərbələri vurub.

Buna səbəb isə ATV telekanalında “Ulduzların döyüşü” realiti-şousu olub. Belə ki, Kənan M.M və müğənni Vüqar Muradov verilişdə üz-üzə gəliblər. Döyüşdə bütün gücünü göstərən Kənan Vüqara məğlub olmuşdu. Buna səbəb isə döyüş ərəfəsində rejissorun qolunun 2 dəfə çiynindən çıxması göstərilirdi.

Lakin müğənni Vüqar Muradov bunun həqiqətə uyğun olmadığını bildirmişdi:

“Gülməlidir, bu, bir bəhanədir. Kənanın qolu-filan çıxmamışdı, sadəcə, olaraq mən güclü olaraq qalib gəldim və Kənan bunu həzm edə bilmir. Yarış günü hər şey yaxşı idi, mən qalib olduqdan sonra Kənan mənimlə düşmənçiliyə başladı. Kənanın qolu çıxmamışdı. İnsanın qolu çıxanda ağrıdan tərpədə bilmir. Necə onun qolu çıxmışdı ki, mən onun qolunu tutub qaldırdım. Kənan yanında olan səviyyəsiz dostları bu söz-söhbətləri yaydı ki, “Kənanın qolu çıxmasaydı Vüqara qalib gələcəkdi?!”

Bütün bunlardan sonra isə onların arasında münasibətlər korlanıb. Kənan M.M Vüqar Muradovla yumruq davasına çıxıb.

Etibarlı mənbə onu da bildirib ki, V.Muradov bu gün şikayət ərizəsini geri götürəcək. Beləliklə də Kənan M.M azad ediləcək.

Qeyd edək ki, Kənan M.M-in həbsi barədə ilk xəbəri "Qafqazinfo.az" saytı verib.


Müəllif: