1 Noyabr 2017 10:15
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur pop müğənnisi Murad Boz ailəsiylə istirahət zamanı söhbətlərinin gizli dinlənildiyindən narahat olaraq polisə müraciət edib.

Teleqraf.com xəbər verir ki, müğənni sevgilisi Əsli Ənvər, eləcə də özünün ailə üzvləri ilə birlikdə Gümüşlükdəki villasında istirahət etdiyi zaman onların səsi gizlicə yazılıb və mediaya sızdırılıb.

Səs yazısında Murad Bozun anası Nədrəd xanım, sevgilisi Əsli Ənvər, həmçinin qardaşı Əli ilə olan söhbətləri yer alıb.

Ancaq polis Muradın məşhur bir şəxs olduğu üçün bu kimi hadisələrin hər an baş verə biləcəyini səbəb gətirərək məsələyə ciddi yanaşmayıb.


Müəllif: Aytən Yaşar