4 Noyabr 2017 22:56
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamınız çox gözəlsiniz, belə qarşılanacığımı bilməzdim.

Teleqraf.com xəbər verir ki, ötən gün Bakıda "Altın Kelebek" mükafatlandırılma mərasimində bu sözləri aktrisa Neslihan Atagül deyib.

2000-dən bir çox qadınların qatıldığı tədbirdə girişi rəqs qrupu açıb. Gecədə "Azərbaycanın ən parlaq ulduzu" nominasiyası üzrə yarışan ifaçıların mini konserti baş tutub.

İştirakçılardan öncə səhnəyə türkiyəli aktrisa Neslihan Atagül çıxaraq gələn qonaqları salamlayıb: "Hamınız çox gözəlsiniz, belə qarşılanacığımı bilməzdim. Bakıya enər-enməz buraya daha əvvəl gəlmədiyim üçün peşman oldum. İnsanlarınız çox səmimidir".

Konsertdə çıxış edən gənc müğənni Nigar Camal, əməkdar artist Röya və Miri Yusif sevilən mahnıları ilə konsert iştirakçılarını coşdurublar. Qara rəngə üstünlük verən ulduzlar geyimləri də diqqət çəkiblər.


Müəllif: Aytən Yaşar

Oxşar xəbərlər