12 Noyabr 2017 19:16
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tükiyəli müğənni, aktyor Özcan Dəniz sevgilisi Feyza Aktarla problem yaşayıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Ö.Dənizin ssenari müəllifi olduğu, həmçinin, Məryəm Üzərli və Əsli Ənvərlə birgə baş rola çəkildiyi “Ötəki tərəf” filmində olan sevişmə səhnələri sevgilisi 4 aylıq hamilə Feyza Aktarı özündən çıxarıb.

O, Ö.Dənizin M.Üzərli ilə öpüşmə səhnələrini mediada görüb və əsəbləşib.

Ö.Dəniz sevgilisinə həmin səhnəni izləməyə icazə verməyib. Nəticədə cütlük dalaşıb.

Aktyor dostlarından birinə bildirib ki, Feyza hamilə olduğu üçün çox həssasdır: “Onu bunun bir iş olduğuna inandıra bilmirəm”.


Müəllif: Cәmilә