31 İyul 2014 23:03
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Kristen Stüart ilə yaxalanan rejissor Rupert Sanders artıq sabiq arvadının ona qarşı qaldırdığı iddia əsasnıdakı boşanma prosesini uduzub.

O, varidatının təxminən yarısını sabiq arvadına verməlidir.

Məlumata görə, 43 yaşlı ingilis rejissor R.Sandersin sabiq xanımı, 35 yaşlı model Liberti Ross sakitləşmək niyyətində deyil.

"Onu xəyanətinə peşman edəcəyəm. Yeni iddialar hazırlayıram", - L.Ross deyib.

Məhkəmə qərarına görə, Sandersin 4 villası sadiq arvadına veriləcək. Bundan başqa, o, L.Rossa ayda 23 min dollar aliment ödəməlidir.

Məşhur rejissor Rupert Sanders "Twilight" kinosaqasının ulduzu Kristin Stüartla 2012-ci ildə öpüşəndə paparassilərə hədəf olmuşdu.

Bu fotolar yayılandan sonra K.Stüartın sevgilisi Robert Patissson ondan ayrılmış, amma sonra aktrisanı əfv etmişdi.

/milli.az/


Müəllif: