1 Dekabr 2017 00:49
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli aktyor Burak Özçivit Bakıdadır.

Teleqraf.com xəbər verir ki, aktyor hazırda keçirilən "Kardeşim benim 2" filminin qala gecəsinə qatılıb.

Gecədə Burakın yerli fanatları ilə yanaşı, ərəb və türkiyəli pərəstişkarları da yer alıb.

Hər zamankı kimi gecə izdihamsız ötüşməyib.

Aktyorlar zala daxil olduqdan sonra tamaşaçılar 2 saata yaxın gözləməli olublar. Buna səbəb təşkilatçılığın pis təşkili olub.

Əməkdar artist Dilarə Əliyeva və həyat yoldaşı Oqtay Əliyevin, eləcə də qonaqların yerləri bir neçə dəfə dəyişdirilib. Buna səbəb Burak Özçivit və komandasının yerinin əvvəlcədən dəqiqləşdirilməməsi olub. Bir neçə dəfə yeri dəyişdirilən Oqtay Əliyev sonda əsəbiləşib. Onunla bərabər digər qonaqlar da narazılıq ediblər.

Filmdən sonra Burak Özçivit və filmin komandası tamaşaçılarla şəkil çəkdiriblər. Sonda isə aktyor jurnalistlərin suallarını cavablandırıb. Bakıya üçüncü dəfə gəldiyini bildirən Burak Özçivit “Kardeşim benim 2”nin çəkilişləri zamanı çox əziyyət çəkdiyini deyib:

“Bu Bakıya üçüncü gəlişimdir. Biz yeni filmimizdə ssenarini dəyişdirdik. Ola bilər ki, üçüncü filmi də çəkdik”.

O, Murat Bozun qala gecəsinə gəlməməsinə səbəb olaraq “O ses Türkiye” layihəsində iştirakını göstərib.

Qeyd edək ki, filmdə rol alan yeganə azərbaycanlı aktyor Kamran Ağabalayevin də qala gecəsində iştirak etməməsi diqqət çəkib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər