Müğənni Röya Ayxan ermənilərlə təmas xəttində yaşanan gərginlik nəticəsində həyatını itirən şəhidlərimiz barədə fikirlərini bölüşüb.
Teleqraf.com xəbər verir ki, R.Ayxan Facebook və İnstagram sosial şəbəkələrində bayrağımızın üzərində qara lent olan foto paylaşıb və şəhidlərimizin ailəsinə başsağlığı verib:
“Vətən olaraq çox şey itirmişik. Qəlbimiz lap əzəldən yaralıdır. Yenə biz itiririk... dayanmadan və üzülərək. Bəlkə yenə güman edək, güman edək ki, bu, sonuncudur. Qəlbimiz, içimiz yorulub artıq. Bu faciələrə ana, bacı kimi yanıram. Xalqıma dərin hüznlə başsağlığı verirəm”.