“Fənərbaxça”lı futbolçu Alpər Potuq aktrisa sevgilisi Tuvana Türkaydan ayrılıb.
Teleqraf.com xəbər verir ki, futbolçu bu barədə öz “İnstaqram” hesabından paylaşım edib.
“Tuvana xanımla məsləhətləşəndən sonra qərar verdik ki, ayrılaq. Hər iki tərəf üçün ən yaxşısı budur. Gündəmi lazımsız şəkildə zəbt etməmək üçün bu açıqlamanı sizinlə bölüşürəm. Ümid edirəm ki, mətbuat bu məsələyə həssas yanaşacaq”.