Avqustun 1-da Qəbələdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Beynəlxalq Musiqi Festivalı başa çatıb.
Məlumata görə, VI Qəbələ Beynəlxalq Festivalının açıq havada keçirilən sonuncu musiqi axşamında Yohannesburq Filarmonik Orkestrinin “Viva opera” adlı maraqlı konsert proqramı təqdim edilib.
Konsertdə Pyotr Çaykovskinin, Nikolay Rimsi-Korsakovun, Alfredo Katalaninin, Qaytanı Donisettinin , Coakkino Rossininin, Cakomo Puçininin, Cüzeppe Verdinin, Çarlz Qunonun , Pyetro Masnkaninin operalarından ariya və romanslar, eləcə də Müslüm Maqomayevin “Azərbaycan” və digər bəstəkarların əsərləri səsləndirilib.
axşam.az