25 Dekabr 2017 11:52
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üstündən günlər keçməsinə rəğmən “Altın kelebek” qalmaqalı hələ də davam edir.

“Xəzər maqazin” proqramına danışan Nigar Camal Anar Ağakişiyevin “Makiyaj etdirməyə qəsdən gecikdi, altıya işləmiş gəldi” iddialarını yalanlayaraq makiyaj üçün saat üçə qalmış stilistin yanına getdiyini bildirib.

Anar Ağakişiyev isə onunla olan vatsap yazışmalarını instaqram hesabında paylaşaraq ifaçının yalan danışdığını sübut edib. O, paylaşımında Nigarı ikiüzlülükdə günahlandırıb:

“İnsanın nə qədər sifəti olar? Vay-vay! Yatırdı guya, ay Nigar, sən heç hotelin pulsuz yeməyini qaçırdarsan? Bu da əsas sübut! Mən ona deyəndə ki, menorda Röyaya da makiyaj edəcəm isterikaya düşdü ki, mən getməyəcəm. Mən də çox üstünə getmədim, dedim ki, sakitləşsin və getsin, amma nahaq! Gərək gedərdim üstünə bütün bunlar da yaşanmazdı. Sənin deyəsən saatlarla problemin var. Üçə qalmışla beşə qalmışın arasında böyük fərq var. Beşə qalmış hələ mənə deyirdin ki, sən mənim otağıma gəl. Mən də ona video çəkib atdım ki, bütün makiyaj alətlərini açıb ortaya tökmüşəm. Bunu yığıb gəlmək vaxt aparacaq. Nigar hiylə işlədib otağa altıya qalmış gəldi. Bu mövzudan artıq iyrənirəm. Boynuna al ki, sənin Röyaya qarşı paxıllığın var. Məncə, mənimlə Röyaya çox sağ ol deməlisən ki, səni gündəmə gətirdik. Düz deyirsən sən tarixə düşmüsən. Elə orada da qalmısan - 2011-ci ildə. Bir addım da qabağa gedə bilmirsən. Məncə, bunu qəsdən edirsən ki, səni gündəmə gətirək. Amma bəsdir”.

Əməkdar artist Röya Ayxan isə öz növbəsində instaqram paylaşımı ilə Anara təşəkkür edib və Nigara söz atıb: “Əzizim Anar, hər zaman sakit ol dedim. Hər ilin sonu heç gözləmədiyim halda bir uğurum olur. Bundan dolayı ağrısı olan insanlar olur və mənə müraciət edirlər. Mən də əlimdən gələn yaxşılığı edirəm. Bir illik sistem vururam, ağrıları keçir. Röyalə xanım bu yarımştatları gündəmə gətirir. Onu görəndə silikonlarını çıxarıb, özümə taxacam. Amma çətin “Bacı, darıxmışam, duetimiz nə oldu?” desin”.

Qeyd edək ki, məşhurlar arasında qalmaqala səbəb Nigar Camalın Röyanı Türkiyədə yanında olan deyil, gəlib instaqramdan təbrik etməsi olmuşdu./Publika.az/


Müəllif: Teleqraf.com