26 Dekabr 2017 19:31
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış müğənnisi Seda Sayan yaşı ilə bağlı sənədlərinə dəyişiklik etdirib. Bu məqsədlə o, məhkəməyə müraciət edib.

Teleqraf.com xəbər verir ki, Seda Sayan bir vaxtlar yaşının az olması səbəbindən səhnəyə çıxa bilmədiyi üçün atasının təşəbbüsü ilə sənədlərində yaşının çoxaldıldığını iddia edir.

Beləliklə, müğənni məhkəmə qərarı ilə 3 yaş “cavanlaşıb”. Doğum tarixini 1959-cu ildən 1962-ci ilə dəyişdirib.

Qeyd edək ki, bundan öncə Sibel Can da eyni addım atmışdı.


Müəllif: Cabbar

Oxşar xəbərlər