Sonuncu dəfə Çağatay Ulusoyun “Netflix” imzalı serialında partnyor olaraq istədiyi Melisa Aslı Pamuk qatılıdğı proqramların birində maraqlı etiraf edib.
“Kara sevda” serialı ilə tanınan aktrisa ilk dəfə Türkiyəyə gəldiyi vaxt ilahiyyatçı Adnan Oktarın proqramına dəvət alıb. O, verilişin formatından xəbəri olmadığını deyib:
“18 yaşımda Türkiyəyə gəldiyim vaxt, onlar mənim arxamca düşdülər və proqramlarına dəvət etdilər. Formatlarından xəbərim yox idi. Verilişdə ancaq “inşallah”, “maşallah” sözləri işlənirdi. Sonra mənə “Hollandiyada marixuanadan istifadə etmək sərbəstdir”, - deyə sual verdilər. Cavablarım və verdiyim suallarım xoşlarına gəlmədi və məni studiyadan qovdular.
Proqramdan sonra isə Aslının danışdıqlarından əsəbləşən Adnan Oktar onu təqhir edib./Publika.az/
Sözügedən kadrları təqdim edirik: