Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs İstanbuldan İzmirə köçüb.
Teleqraf.com xəbər verir ki, müğənni Seda Sayanın verilişinə qatılan Tatlısəs İstanbuldan küsdüyünü söyləyib.
O, artıq izmirli olduğunu bəyan edib: “İzmiri sevdim, o da məni sevdi. Trilyon versələr də İstanbula qayıtmaram. Bu şəhərdən küsdüm, məni küsdürdülər. Məni vurdular, amma məni vurana qarğış eləmədim. Deməli, yaradan mənə belə bir cəza verdi. Üsyan etmədim, şikayələnmirəm də”.
Allahdan ümidini kəsmədiyini deyən sənətçi mahnı oxumaq üçün darıxdığını deyib: “Səsim paslanıb. Mahnı oxumaq üçün Allaha dua edirəm. Evlənmək barədə düşünürəm”.
O, Ayşəgül Yıldıza evlilik təklifi edəcəyini açıqlayıb: “Təklifim Əlifin anasına (Ayşəgül Yıldız) ola bilər. Aydəmir Akbaş 4 dəfə boşanıb, 5 dəfə evlənib. Ayşəgül Yıldıza aşiq deyiləm, amma onunla evlənmək istəyirəm. Özünə bu barədə heç nə deməmişəm. Televiziya ekranından mənimlə evlənməyi təklif edirəm”.
Tatlısəs 2011-ci ildə Ayşəgül Yıldızla evlənib, iki il sonra boşanmışdı.