İllərdir küsülü olan Xalq artisti Aygün Kazımova ilə Natavan Həbibinin səmimi görüntüləri yayılıb.
Dünən tanınmış radio aparıcısı Kazım Sübhanın doğum günü olub. Ziyafətdə Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, müğənni Natavan Həbibi, aparıcı Fariz İlyasov da iştirak edib.
Ziyafətdən çəkilən görüntülər İnstaqramda yayılıb. Kadrlarda Aygün Kazımova ilə Natavan Həbinin birlikdə Kazım Sübhanın şərəfinə “Happy Brithday” mahnısını oxuyub.
Qeyd edək ki, müğənnilər arasında soyuq münasibətlər “Nömrə 1” realiti şousunda Aygün Kazımovanın Natavana uduzmasından sonra başlayıb. Bundan başqa Natavan Həbibi onun erməni olduğunu iddia edən Xalq artistini məhkəməyə vermişdi. Uzun davam edən məhkəmə çəkişmələrində qalib tərəf Natavan Həbibi olmuşdu./Publika.az/