5 Avqust 2014 17:59
2 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilər hər zaman qadın sürücülərdən şıkayətçi olub. Qadınlar isə onlara əsla fikir vermir. Xanımların əsas fikirləri avtomobillərdədir. Bəs qadınlar daha çox hansı avtomobilləri bəyənir?

Öncə qeyd etmək lazımdır ki, ümumiyyətlə, avtomobil dünyasında qadın avtomobili deyilən bir anlayış yoxdur. İstehsalçılar avtomobil istehsal edərkən onu qadın və ya kişiyə uyğunlaşdırıb ayrıca avto kimi istehsal etmirlər. Amma, istənilən qadın avtomobili ilk baxışdan seçir və başa düşür ki, bu onlara lazım olan modeldir. Onun sükanı arxasında heç oturmasa belə, qadına aid modeli asanlıqla seçir. Qadın avtomobili necə olmalıdır? Onların fikirincə ilk növədə rahat, cazibəli, qənaətcil, təhlükəsiz və güvənilir olmalıdır. Ölçüləri böyük olmamalıdır. Qırmızı və ya ağ rəngdə avtomobillərə üstünlük verilir.

Müxtəlif məşhur jurnalların apardığı araşdırmadan belə nəticəyə gəlmək ola ki, qadınların ən çox bəyəndiyi 10 avtomobil aşağıdakılardır:

Hyundai Getz
Daewoo Matiz
Peugeot 206
Mazda 2
Nissan Tiida
Ford Fiesta
Toyota Yaris
Opel Corsa
Wolksvagen Golf
Skoda Fabia


Müəllif: