6 Fevral 2018 22:30
5 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV Muğam Müsabiqəsinin laureatı, xanəndə Ayşən Mehdiyeva “Ceyranım” adlı yeni mahnısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, sözləri Tağı Əhmədova (Tağı Sadiq), musiqisi Rauf Məmmədova məxsus mahnı xanəndənin 2018-ci ildə ilk mahnısıdır.

Xanəndənin sözlərinə görə, mahnı Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun 70 illik yubileyinə hədiyyə edilib: “Mahnının sözlərini bir neçə ay öncə götürmüşdüm. Musiqinin yazılması üçün bəstəkar Rauf Məmmədova müraciət etdim və mahnını işləməyə başladıq. Fevralın 1-i Tağı müəllimin 70 yaşı tamam olduğunu biləndə mahnını tez yekunlaşdırıb müəllif üçün ad günü hədiyyəsi etmək qərarına gəldik. İki gün ərzində 7 saat olmaqla gecə 12:00-dək studiyada çalışdıq və mahnını başa çatdırdıq. Bundan sonra söz dinləyicilərindir. Mahnının necə alındığı barədə qərarı onlar verəcəklər”.

Qeyd edək ki, Ayşən Mehdiyevanın Tağı Sadiqlə işbirliyi nəticəsində bundan öncə “Ana” və “Sənsən diləyim” mahnısı ərsəyə gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər