Türkiyəli müğənni Nilufər əməliyyat olunub.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, qaymorit xəstəliyi səbəbindən tez-tez narahatlıq yaşayan müğənni cərraha müraciət etmək qərarına gəlib.
63 yaşlı Nilufər əməliyyatın uğurlu keçdiyini bildirib: “İllərdir xəstəlik üzündən böyük çətinliklər yaşayırdım. Əməliyyatdan qorxurdum, amma sağlamlığımı riskə atmaq istəmədim. İndi hər şey qaydasındadır”.
Həkimlərin məsləhəti ilə müğənni bir neçə gün xəstəxanada qalacaq.