Türkiyənin tanınmış müğənnisi Sertab Erener martın 9-da Feysbukun Londondakı binasının studiyasında onlayn konsert verəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, “Oceans Of Noise” rok qrupu ilə albom hazırlığına başlayan müğənni mahnılarının böyük əksəriyyətinin qadınlara həsr olunduğunu söyləyib.
“Mənim dinləyicilərim qadınlardır. Coşğulu qadın mahnısı üzərində işləyirəm. Mayda dünya proyekti olan “Oceans Of Noise” qrupumun səsyazması üçün Amerikaya gedirəm, martın 9-da Feysbukun Londondakı binasının studiyalarında onlayn canlı konsert verəcəyik. Çox həyəcanlı işdir”, - deyə Sertab Erener qeyd edib.