Mən niyə gedib oğlum Davidin atası ilə yaşaya bilmədim? Ona görə ki, mənim böyük övladlarım onu qəbul etmədilər. Üstəlik, o Azərbaycanda yaşamırdı və böyük övladlarımı qəbul etmək istəmirdi.
Teleqraf.com xəbər verir ki, bu sözləri "ARB Ulduz"un “Virtual həyat” verlişinin növbəti qonağı olan müğənni Nura Suri deyib.
O bildirib ki, həmin insan onu ancaq öz övladı ilə qəbul edib.
"Amma mənim o biri övladlarımı qəbul etmirdi. İstəməmişəm ki, onlar nəyə görəsə özlərini pis hiss etsinlər və evdə ögey ata olsun. Demirəm ki, buna pis baxıram, sadəcə mən bunu qəbul edə bilmirəm. İstəmirəm ki, övlarlarım o cür böyüsün”.
Müğənni verilişdə şəxsi həyatı ilə bağlı bir çox qaranlıq qalan məslələrə də aydınlıq gətirib:
“Əgər həyatımda kimsə olsa, mən onu niyə gizlədim ki? Onu adları qız olan insanlar gizlətsinlər ki, hələ ərə getməyiblər, ailə qurmayıblar.
Mən çalışıram ki, fərqli həyat tərzi sürüm. Mən bilmirəm, hamı niyə görə fikirləşir ki, bir qadının həyatında kimsə olmalıdır. Qadının həyatında kimsə olması üçün qadın onu sevməlidir. Sevgi isə elə bir şeydir ki, o, mənim əlimdə deyil”.