24 Fevral 2018 11:55
2 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Mustafa Sandaldan boşanmağa hazırlaşan Əminə Sandal kiçik oğlu Yavuzun 6 yaşını qeyd edib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Mustafa Sandal işi olduğu üçün oğlunun ad günü mərasiminə qatıla bilməyib.

Əminə Sandal jurnalistlərə açıqlamasında deyib: “Boşanırıq, hər şey aydındır...”.

Müğənni soyadını dəyişərək “Yaqoviç” etməsindən də danışıb:

“Soyadımı hələ rəsmən dəyişdirməmişəm. Boşanma prosesinin bitməsini gözləyirəm”.

O, keçmiş sevgilisi Marko Miskoviçlə yenidən görüşməsi xəbərinə sərt reaksiya verib:

“Heç kim 14 yaşımdan bəri mənimlə bağlı qalmaqal tapmayıb. İndi əllərinə fürsət düşüb və bu cür xəbərlər yazırlar. Mən Marko Miskoviçi 11 ildir görmürəm. Nə onunla bir yerdə oturmuşam, nə də qəhvə içmişəm. Hazırda həyatımda heç kim yoxdur. Uzun zaman da olmasını istəmirəm. Sadəcə uşaqlarım üçün çalışacam”.

Qeyd edək ki, ötən il dekabr ayında cütlük boşanma qərarı verib. Səbəbin Əminə Sandalın keçmiş sevgilisi Marko Miskoviç olduğu deyilir.

Marko Miskoviç Serbiyada böyük bir bankın varisidir.


Müəllif: Cəmilə