90-cı illərdə Türkiyənin ən məşhur model və aktrisalarından hesab olunan Didəm Uzəl 6 ildən sonra açıqlama verib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, keçmiş model sevgisi uğrunda başqa ölkəyə gedib.
Hazırda o, uzaq bir ölkədə əri və oğlu ilə xoşbəxt həyat yaşayır. Üstəlik yaşadığı ölkədə o, Türkiyədəki kimi məşhur deyil. Küçədə gəzərkən heç kim onu tanımır. O, parkda uşağını gəzdirən sıravi ana və ya marketdə alış-veriş edən adı gənc xanımdır. Amma karyerasının zirvəsində olduğu zamandan daha xoşbəxt görünür.
46 yaşlı model 6 ildir ailəlidir. 1993-cü ildə “Türkiyə gözəli” yarışında ikinci yer tutub. Bir il sonra Türkiyə nümayəndəsi kimi Avropa gözəllik müsabiqəsində iştirak edən Uzəl orada da ikinci yerə layiq görülüb.
Bu uğurdan sonra aktrisalığa başlayan modelyer “Sentyabr”, “Böyük ümidlər”, “Sürət”, “Yalan”, “Ürəyin üsyanı”, “İki ailə”, “Doktorlar” və “İntiqam” adlı seriallarda rol alıb.
Sonra dostları vasitəsilə ABŞ-da yaşayan Səlim Sarı ilə tanış olur. Onunla görüşmək üçün Nyu Yorka gedən Didəm Uzəl oradan qayıtmaq istəmir. Modellə Səlim Sarı 2012-ci ildə evlənir və bu evlilikdən Leo Aslan adlı övladları dünyaya gəlir.
Didəm Uzəl açıqlamasında etiraf edib ki, əri ilə tanış olduqdan sonra həyatı çiçəkləyib.