7 Avqust 2014 11:41
2 680
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” jurnalı dünyanın ən çox pul qazanan aktrisaların gəlirlərini hesablayıb

Ötən il ən çox qazanan aktrisaların reytinqinə Sandra Ballok liderlik edir. O ötən ilin iyunundan bu ilin eyni ayına qədər 51 milyon dollar qazanıb. O, bu pulları “Qravitasiya" və "Yubkalı polislər” kommersiya filmləri sayəsində qazanıb. Analitiklər qeyd ediblər ki, Sandra Ballokun düzgün rol seçimi onun qazancına çox böyük təsir edir.

Сандра Баллок

İkinci yerdə aktrisa Cenifer Lourens dayanır. Onun gəliri 34 milyon dollar təşkil edib. Çəkildiyi filmlər isə “Ac oyunlar” və “İks insanlar”dır.

Дженнифер Лоуренс

Aktrisa Cenifer Eniston 31 milyon dollar gəlirlə üçüncü yerdə qərarlaşıb. Aktrisanın gəlirinin artması təkcə çəkildiyi filmlərlə əlaqəli deyil. Belə ki, o, bağladığı reklam müqavilələrindən də yaxşı gəlir qazanıb.

Дженнифер Энистон

Qvinet Peltrou 19 milyon dollarla 4-cü yerdədir.

Ancelina Coli 18 milyon dollarla 5-ci yeri zəbt edib.

Angelina Jolie Hair

6-cı yerdə Kameron Diaz 18 milyona çatan gəliri ilə dayanır.

cameron-diaz-pics1

Hamilə Skarlet Yohanson isə 17 milyon dollarla 7-ci yerdədir.

8-ci yeri aktrisa Emi Adamson 13 milyon dollardan bir qədər artıq gəlirlə tutur.

2013Oscars_AmyAdams2

Natali Portman isə 9-cu yerdə 13 milyon dollarlıq gəlirinin hesabına dayanıb.

natalie portman side bun hairstyle

10-cu yerə isə Kristen Stüart 12 milyon dollar vəsaitlə sahibdir.

Kristenstewartcloudscannesrc2014

/tabloid.az/


Müəllif: