Müğənni-bəstəkar Emin Ağalarovun nənəsi Tamara Fyodorovnanın ad günü olub.
Bu münasibətlə Ağalarovlar ailəsi təmtəraqlı məclis təşkil ediblər.
Moskvada baş tutan gecədə iş adamı Araz Ağalarov, xanımı İrina Ağalarova, ailənin dostları iştirak ediblər. Ad günündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da qonaq olub.
Məclisdən görüntülər qonaqlar tərəfindən sosial şəbəkədə paylaşılıb./Axşam.az/
Qeyd edək ki, T.Fyodorovna Eminin ana nənəsidir.